Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Sankt Peterburqda Putinə görə interneti kəsdilər

User 25 Sentyabr 2026 - 18:13 (Last updated: 25 Sentyabr 2026 - 18:13)
internet peterburq

Rusiyanın Sankt-Peterburq şəhərində sakinlər sentyabrın 25-də mobil internetin işində ciddi problemlər yarandığından şikayət ediblər. Problem Rusiya Prezidenti Vladimir Putinin şəhərə səfəri gözlənilən gün baş verib.

Downdetector məlumatlarına görə, mobil internetlə bağlı şikayətlərin sayı saat 15:00-dan sonra artmağa başlayıb və təxminən 300-ə çatıb. İstifadəçilər sayt və tətbiqlərin açılmadığını, yalnız hakimiyyət tərəfindən icazə verilən “ağ siyahı”ya daxil edilmiş resursların işlədiyini bildiriblər.

Məlumata görə, cümə günü nə Sankt-Peterburqda, nə də Leninqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı xəbərdarlıq verilməyib.

Parklanma ödənişində də problem yaranıb

Sankt-Peterburq Şəhər Parklanmasının İdarəetmə Mərkəzi mobil internet vasitəsilə parklanma haqqının ödənilməsində problemlər yarandığını açıqlayıb.

Şəhərin mərkəzində bir sıra küçələr də nəqliyyat üçün bağlanıb. Nəticədə bəzi ərazilərdə ciddi tıxaclar yaranıb.

Məlumata görə, Universitet sahil küçəsinin Saray körpüsü ilə Kadetskaya xətti arasındakı hissəsi, Konnogvardeyski bulvarı və Qalernaya küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.

Obvodnı kanalının sahilində, Sadovaya küçəsində, Dekabristlər küçəsində və Malaya Morskaya küçəsində də tıxacların yarandığı bildirilir.

Putin Sankt-Peterburqa gedir

Bundan əvvəl Rusiya prezidentinin müşaviri Yelena Yampolskaya Vladimir Putinin sentyabrın 25-də Sankt-Peterburqa səfər edəcəyini və XII Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda iştirak edəcəyini açıqlamışdı.

Forumun rəsmi proqramında isə Putinin çıxışı göstərilmir.

Yampolskayanın sözlərinə görə, tədbirdə iştirak etmək üçün 40 ölkə rəsmi nümayəndə heyəti göndərib.

Hazırda mobil internetdəki məhdudiyyətlərin Putin səfəri ilə birbaşa bağlı olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin internetdəki problemlərin məhz prezidentin şəhərə səfəri günü və mərkəzdə hərəkətin məhdudlaşdırıldığı vaxtda baş verməsi diqqət çəkir.

AzPost.az

Post navigation

Previous: Moskva Azərbaycan qazının Ermənistana verilməsini alqışladı
Next: Dərini daha tez qocaldan 4 qida –

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
erdoqan tramp02
  • Dünya

Ərdoğan İran müharibəsinin təhlükəsi barədə Trampa nə dedi?

User 09 Noyabr 2026 - 15:26

xƏBƏR

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Təzyiqi mütəmadi olaraq nəzarətdə saxlamaq vacibdir. İnsanlar çox vaxt yalnız ürək-damar sistemi ilə bağlı problem yarandıqda qan...
Read more about Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi? rus ukr danisiq
  • Dünya

Abu-Dabidə sülh danışıqları – Ukraynaya təhlükəsizlik təminatı veriləcəkmi?

User 09 Noyabr 2026 - 17:06
Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur orban
  • Dünya

Viktor Orbanın qardaşı saxlanıldı – İnsan alverində ittiham olunur

User 09 Noyabr 2026 - 16:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.