“Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli söhbət aparılıb”- PUTİN

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli söhbətin aparıldığını bildirib.

Azpost.info xəbər verir ki, Putin bunu Ermənistan Baş naziri ilə ikitərəfli görüşün açılışında deyib.

Putinin sözlərinə görə, Paşinyanla söhbətin mövzusu Cənubi Qafqazdakı vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri olacaq.

“Dünən sən və mən söhbətə başladıq və üçümüz danışa bildik. Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik, – Putin qeyd edib.

Öz növbəsində Paşinyan bildirib ki, müzakirə edilməli olan ən aktual məsələ Laçın dəhlizindəki böhrandır. O, həmçinin xatırladıb ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının məsuliyyət və nəzarət zonasıdır və Azərbaycan bu dəhlizdən yüklərin və vətəndaşların maneəsiz keçidinə zəmanət verib.

“Mən bu vəziyyəti müzakirə etmək istərdim”, – Ermənistan Baş naziri vurğulayıb.

Xatırladaq ki, Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti keçirilir. İclasda Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan, Tacikistan, Türkmənistan və Qırğızıstan nümayəndələri iştirak edirlər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda artıq hesablanmış pensiyaların həcmi açıqlanıb

Sonrakı məqalə

Azad olunmuş ərazilərə yanvar ayına olan avtobus biletləri satışa çıxarılır