Ermənistanın eks-prezidenti Serj Sarkisyan yenidən istintaqda üzləşdirilib.
Modern.az Erməniastan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan sabiq təhsil naziri Serqo Karapetyanla üzləşdirilib. Məlumata görə, Sarkisyanın mənimsəmə faktında ittiham olunması, məhz bu üzləşdirmədən sonra üzə çıxıb.
Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər dövlət büdcəsindən ayrılan 489 milyon dram (1 milyon dollardan çox) vəsaiti mənimsəməkdə ittiham olunur.