Sarkisyan sükutu pozdu, üzə çıxdı, ABŞ səfiri ilə görüşdü:“Qoy məni həbs etsinlər...”

 “Ötən ilin aprel ayı Serj Sarkisyan lider postundan getdiyini elan edərkən dramatik bir ifadə işlədib: “Nikol Paşinyan haqlı idi, mən səhv etdim”. Bu ifadə Sarkisyanın ictimaiyyət qarşısında söylədiyi son sözlər olub”.

Azpost.info bildirir ki, bu barədə  jurnalist Ani Meclumyan “Eurasianet.org” saytında yazır.

“Sarkisyan istefa verdikdən sonra gözdən itib. O, dekabrda baş tutan parlament seçkilərində iştirak etməyib. Belə ki, Respublika Partiyası bu seçkilərdə mandat ala bilməyib. Yalnız bir dəfə səsvermə günü seçki məntəqəsində görünən Sarkisyan bəyanat verməyib, jurnalistlərin suallarını cavablandırmayıb. 1990-cı illər Azərbaycanla müharibəyə aid, may ayında verilən müsahibəni istisna hesab etmək olar”, – məqalədə deyilir.

Yanvarda keçmiş prezidentə yaxın mənbələrdən biri “Eurasianet.org” saytına bildirib ki, Sarkisyan siyasətdən getməyə hazırlaşmır: “O, heç vaxt çox danışan olmayıb. İndi emosiyalar həddindən artıq çoxdur. Uyğun mühit, uyğun məqam yetişməlidir. Prezidentə uyğun məqam”.

“Sarkisyan birinci həbs ehtimalı ilə bağlı məsələyə toxunub. O, oktyabrın 30-u Respublika partiyası tərəfindən təşkil edilən məktəb tədbirində iştirak edib. Həmin tədbirdə şagirdlərdən biri Sarkisyandan soruşub ki, keçmiş hökumət üzvlərinə qarşı cinayət işlərinin açıldığı belə bir vaxtda sabiq dövlət başçısı məhkəmə təqibindən ehtiyat edirmi?”, – nəşr xatırladır.

“Əgər mənim həbsim xalqımızı razı və xoşbəxt edəcəksə, 1 mart, 27 oktyabr hadisələri tam açıqlanmış sayılacaqsa, ölkəmizə qarşı təhdidlər zərərsizləşdiriləcəksə, Qarabağla bağlı danışıqlar düzgün istiqamətə qayıdacaqsa, qoy məni həbs etsinlər”, – deyə o cavab verib. (1 mart 2008-ci ildə etirazların güc tətbiqi ilə yatırılması nəticəsində 10 nəfər həlak olub; 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı nəticəsində 8 nəfər, o cümlədən iki dövlət rəsmisi öldürülüb).

Ardınca Sarkisyan noyabrın 5-i ABŞ-ın Ermənsitandakı səfiri Linn Treysi (Lynne M. Tracy) ilə respublikaçıların İrəvandakı ofisində görüşüb. “Bir çox ölkələrdə ciddi problemə çevrilən populizmə cavab real demokratiyadır. Ermənistan və “Dağlıq Qarabağın” təhlükəsizliyi, regionda sabitlik və sülh siyasi partiyamızın prioritetləri olaraq qalır”, – deyə Sarkisyan bildirib.

Treysi ABŞ ilə Ermənistandakı müxtəlif partiyalar, o cümlədən Respublika partiyası arasındakı əməkdaşlığın uzun illərə dayanan tarixi olduğunu qeyd edib. “ABŞ əvvəlki kimi Ermənistanda demokratik, iqtisadi və ictimai idarəetməyə dəstək göstərməyə sadiqdir”, – deyən Treysi bunun sonuncu görüş olmadığını vurğulayıb.

Hazırkı rəhbərlik Sarkisyanın geri qayıdışına məhəl qoymayıb.

Sarkisyanın həbs qorxusu ilə bağlı şərhlərinə münasibət bildirən parlamentin vitse-spikeri Alen Simonyan qeyd edib ki, “o, hər dəfə başını yastığa qoyanda, hər dəfə yuxudan ayılanda qorxmalıdır, çünki onun və yaxın çevrəsinin etdikləri unudulmayıb”.

Paşinyanın “Mənim addımım” koalisiyasından parlamentin digər üzvü Aren Mkrtçyan “Facebook” hesabında yazıb: “Serj Sarkisyan ölümdən sonrakı əzələ spazmından əziyyət çəkir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hafiz Paşayevin vəzifəsindən azad olunması barədə sərəncam verilməyib” –

Sonrakı məqalə

Ölkəsindən qaçan Morales Meksikaya gətirildi –