Sarkisyanın qardaşı oğlu Ermənistana ekstradisiya olundu- VİDEO

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyan Çexiyadan Ermənistana gətirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi.

O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

Xatırladaq ki, N.Sarksiyan bir müddət əvvəl Praqada saxta Qvetamala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ tezliklə nəfəs almağı belə, dayandırmağı tələb edəcək”

Sonrakı məqalə

Gürcüstanda azərbaycanlı jurnalist vəfat edib