“Satılmır”: Danimarkanın baş nazirindən Trampa CAVAB
Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, Qrenlandiyanın gələcəyini sakinlərin özləri müəyyən etməlidir. AzPost xəbər verir ki, TV2-yə müsahibəsində o, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Danimarkanın muxtariyyətini Amerikaya qatmaq istəyi ilə bağlı bəyanatına sərt cavab verib. “Qrenlandiya satılmır. Qrenlandiyanın gələcəyinin başqası tərəfindən deyil, Qrenlandiyalıların özləri tərəfindən müəyyən edilməsi vacibdir ”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Tramp Qrenlandiyanın ABŞ-ın bir hissəsi olması ilə bağlı fikir səsləndirmişdi.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...