“Sayğacların sıfırlanması yanvarın 10-dək yekunlaşacaq” –"Azəriqaz"

“Qaz sayğaclarının sıfırlanması yanvar ayının 10-dək tamamilə yekunlaşacaq. Vətəndaşın 365 günü – bir ili yanvarın 10-dan gələn il yanvarın 10-dək hesablanır. Yəni vətəndaşın 365 gününə dəyilmir”. 

Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Qafqazinfo-ya bildirib.

Onun sözlərinə görə, vətəndaşın sayğacı hansı tarixdə sıfırlanıbsa, illik oxunuş gələn ilin həmin tarixinə qədər davam edəcək.

Qeyd edək ki, “Azəriqaz” İB mexaniki-elektron qaz sayğaclarının qeyd olunan nömrəyə göndərilən dekabrın 31-dən yanvarın 1-ə keçən gecə çəkilmiş fotoşəklinin hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacağını açıqlamışdı. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Xatırladaq ki, “Azəriqaz” İB tərəfindən sayğacların sıfırlanması ilə bağlı problemin birdəfəlik həlli üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Birlikdən verilən məlumata görə, bu vasitə ilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin, limitlərinin sıfırlanması prosesi də asanlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada 6 yaşdan yuxarı şəxslər üçün maska taxmaq məcbur olacaq

Sonrakı məqalə

Gürcüstanda yeni qadağaların tətbiqinə başlanılıb