Seçici siyahılarının yerləşdirilməsi üçün ayrılan müddət başa çatır –MSK

Bu gün dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır.

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmənin aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsini təmin etməlidirlər.

Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 18-dək olan dövrü əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Sonrakı məqalə

“Sammit ölkəmizin dinlərarası dialoqda mühüm rolunu sübut edir” –