Şəki stansiyasından 6km Şərqdə, Şəki-Oğuz sərhəddində 4 maqnitudalı zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan xəbər verilib. Bildirilib ki, yerli vaxtla 08:31-də qeydə alınan yeraltı təkan 17km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.