Sentyabr ayının bütün sosial ödənişləri yekunlaşıb

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Bu barədə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Qeyd edilib ki, beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Əvvəlki məqalə

“Qərb Rusiyanın ödəniş sistemlərinə qarşı düşmənçilik mövqeyindədir”

Sonrakı məqalə

Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır