Sentyabrın 1-də 18 yaşı tamam olan 374 nəfər səs verəcək

Sentyabrın 1-də 18 yaşı tamam olacaq 374 nəfər növbədənkənar parlament seçkilərində səs verəcək.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun avqustun 29-da keçirilən iclasında deyib.

Milli Məclisə seçkilərlə bağlı maarifləndirmə layihələrinə artıq yekun vurulduğunu diqqətə çatdıran Rövzət Qasımov əlavə edib: “Başa vurduğumuz digər layihə ilk seçicilərlə bağlıdır. Gözdən əlillər üçün trafaretlərin hazırlanması prosesi də yekunlaşıb”.

Əvvəlki məqalə

Makron və Britaniyanın Baş naziri görüşüb –

Sonrakı məqalə

Türkiyənin müdafiə naziri Qarabağ şəhidlərinin ailə üzvləri ilə görüşüb