SEPAH-ın baş komandanı İran – Azərbaycan sərhəddinə gəldi:

“Azərbaycanla sərhəd təhlükəsiz və problemsizdir”
10 Oktyabr 2019 - 20:05

İranın Islam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH)  baş komandanı Hüseyn Səlami bu gün Azərbaycanla sərhəd xəttinə baş çəkib.

Azpost.info bildirir ki, bu barədə İRİB məlumat yayıb.

Ərdəbil imamcüməsi Amuli ilə görüşündə SEPAH komandanı deyib ki, ABŞ regionda vəziyyəti kəskinləşdirməyə cəhd etsə də İran tərəfdən lazımi müqaviməti sayəsində bu cəhdlər baş tutmur.  Ərdəbil və Meşkinşəhər sərhəd məntəqələrini yoxlayan SEPAH rəhbəri tapşırıqlar verib.

“Bizim sərhədçilərimizin sayıqlığı və səyləri ilə İranın Azərbaycan Respublikası ilə sərhədi çox təhlükəsiz, sakit və problemsizdir” –deyə general Səlimi vurğulayıb.