SEPAH-ın baş komandanı İran – Azərbaycan sərhəddinə gəldi:“Azərbaycanla sərhəd təhlükəsiz və problemsizdir”

İranın Islam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH)  baş komandanı Hüseyn Səlami bu gün Azərbaycanla sərhəd xəttinə baş çəkib.

Azpost.info bildirir ki, bu barədə İRİB məlumat yayıb.

Ərdəbil imamcüməsi Amuli ilə görüşündə SEPAH komandanı deyib ki, ABŞ regionda vəziyyəti kəskinləşdirməyə cəhd etsə də İran tərəfdən lazımi müqaviməti sayəsində bu cəhdlər baş tutmur.  Ərdəbil və Meşkinşəhər sərhəd məntəqələrini yoxlayan SEPAH rəhbəri tapşırıqlar verib.

“Bizim sərhədçilərimizin sayıqlığı və səyləri ilə İranın Azərbaycan Respublikası ilə sərhədi çox təhlükəsiz, sakit və problemsizdir” –deyə general Səlimi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Türkiyənin hərbi əməliyyatı ilə bağlı yazdı:

Sonrakı məqalə

İŞİD və PKK Suriyadan Türkiyəyə raket zərbələri endirdi –