Serbiya daxili işlər naziri Prezident Vuçiçin qanunsuz dinlənildiyini bildirib –"Prezident dəqiq məlumatlar əldə edib”

Serbiyanın hüquq-mühafizə orqanları Prezident Aleksandar Vuçiçin hansı şəraitdə qanunsuz dinlənildiyini araşdırırlar.

 “RİA Novosti” bildirir ki, bunu ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib: “Daxili İşlər Nazirliyi dinlənilmə ilə bağlı həqiqətləri ortaya çıxaracaqlar. Prezident Vuçiç heç vaxt boş söz demir və bunlar siyasi qazanc naminə yox, həqiqət olduğu üçün söylənilib. O, dinlənildiyinə dair dəqiq məlumatlar əldə edib”.

Daxili işlər naziri onu da bildirib ki, Prezidentin qanunsuz dinlənməsi həqiqətdir, lakin onlar bunu sübut etməlidirlər ki, bu hal bir daha təkrarlanmasın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq –

Sonrakı məqalə

Norveç şirkəti Rusiyanın “Şimal axını-2” layihəsində fəaliyyətini dayandırdı