Serbiya prezidenti xəstəxanaya yerləşdirilib

- Ürək-damar problemləri ilə əlaqədar
16 Noyabr 2019 - 14:16

Serbiya prezidenti Aleksandr Vuçiç xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Serbiya liderinin administrasiyasından məlumat verilib.

Bildirilib ki, A.Vuçiç noyabrın 15-də axşam saatlarında ürək-damar problemləri ilə əlaqədar Belqrad Hərbi Tibb Akademiyasının Kardiologiya şöbəsinə yerləşdirilib.