Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi

29 Yanvar 2020 - 11:51

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi məhkəməyə verilib.

Bu barədə Baş prokuror Arevik Xaçatryan məlumat verib.

“Baş Prokurorluq ittiham aktını təsdiqləyib və cinayət işi Yerevan Məhkəməsinə yollanıb”- deyə xəbərdə deyilir.

Cinayət işi keçən ilin sonlarında qaldırılıb. İstintaqın məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə “Fleş” şirkətinə yardım göstərib. Şirkət dizel yanacağı təminatı ilə bağlı tenderdə qalib gəlib. Bununla da, dövlətə 1 milyon dollardan artıq zərər dəyib.