Sevgilisi tərəfindən aldadılmış qız firona nə yazıb? - Qədim şikayət məktubu tapıldı
Rusiya Elmlər Akademiyasının misirşünaslıq Mərkəzinin arxeoloqları Fayum vadisində saxta nikah dələduzluğu ilə bağlı qədim sənədi tapıblar.
AzPost “İzvestiya” qəzetinə istinadən bildirir ki, bu sənədin 2 min ildən çox yaşı var.
Əlyazma toyu baş tutmamış Filumena adlı qızın şikayətidir. O, firon Ptolomeydən xahiş edir ki, keçmiş nişanlısı Numeniyanı cəzalandırsın. Oğlan ona evlənmək vəd etsə də sözündən qaçıb və cehizləri də mənimsəyibmiş.
Sənədi Deyr-əl-Banat nekroplunda tapıblar. Orada min il ərzində -eramızdan əvvəl dördüncü əsrdən Bizans Misirinə olan zamana qədər insanları dəfn ediblər.
Əlyazma məzar yerinə ritual bəzək kimi düşüb. Özünə bahalı daş-qaş əldə edə bilməyənlər onu çox vaxt ucuz xammala əvəz edirdilər. Məsələn, boyunbağının analoqu kimi preslənmiş papirus tikələrindən istifadə edilirdi.
AzPost.az
Əlaqəli xəbərlər
-
Gündüz fəhlə, gecə quldur... - Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?
-
Heydər Əliyevlə bir kadrda - 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
-
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi - Kurt Valdhaymın böyük sirri
-
Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?
Növbəti xəbər yüklənir...