“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər.” AzPost xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib. Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib. Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar. Seyfəddin Hüseynli 525-ci" qəzetin baş redakorunun müavinidir . AzPost.az