Şeyxülislam Allahşükür Paşazadə Lənkəranda Şəhid məzarlarını ziyarət edib –

FOTO
15 Mart 2021 - 18:30

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Lənkərana səfər edib.

Azpost.info bildirir ki, Şeyxülislam Vətən Müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin məzarlarını ziyarət edib, Şəhidlərin ruhuna dua oxuyub.

Onu QMİ-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə müşayiət edib.