Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

User 27 May 2025 - 21:20 (Last updated: 27 May 2025 - 21:20)
seyx01

Mayın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü olub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın İslam dininə qarşı qlobal səviyyədə formalaşan yanlış təsəvvürlərin aradan qaldırılması, dini dözümlülüyün və multikultural dəyərlərin təşviqi, habelə İslamın sülhsevər mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, Azərbaycanın İslam həmrəyliyi, multikulturalizm və dini tolerantlıq prinsiplərinə sadiqliyini, dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdəki prinsipial mövqeyini diqqətə çatdırıb. Bildirilib ki, islamofobiya ilə mübarizə, dini-mənəvi irsin qorunması, bütün dinlərə məxsus abidələrin bərpası sahəsində ölkəmiz tərəfindən atılan addımlar beynəlxalq aləmdə də rəğbətlə qarşılanır.

Şeyxülislam çıxışının sonunda dünya ictimaiyyətini milli, irqi və dini dözümsüzlüyə qarşı birgə və prinsipial mövqe sərgiləməyə çağırıb.

Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq çıxış edərək dünyada, xüsusilə Qərb ölkələrində İslama və müsəlmanlara qarşı artmaqda olan ayrı-seçkilikdən və qərəzli münasibətdən narahatlıqla bəhs edib. O, bu fenomenin insan hüquqları və demokratiya prinsiplərinə zidd olduğunu bildirib.

Senat sədri təhsil, maarifləndirmə, qarşılıqlı anlaşma və əməkdaşlığın bu çağırışlara cavab olaraq mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” konfransının əhəmiyyətindən danışıb, tədbirin qlobal miqyasda dini zəmində dözümsüzlük və ayrı-seçkiliklə mübarizədə əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Sonra iştirakçılar üçün ziyafət təşkil olunub.

AzPost.az

Post navigation

Previous: “Putin başa düşmür ki, mən olmasaydım Rusiya…” –
Next: Azərbaycan diri göyərçini Türkmənistana 4,4, ətini isə Belarusa 3,7 manata satıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi...
Read more about Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.