Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Keyptaunda ABŞ Dövlət Departamentinin komissarı ilə görüşüb

User 14 Avqust 2025 - 22:06 (Last updated: 14 Avqust 2025 - 22:06)
seyx gorus
G20 Sammiti ərəfəsində keçirilən Dinlərarası Forumda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində səfərdədir.
AzPost bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat yayıb.
G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunmuş QMİ sədri Keyptaun Forumunun açılış plenar iclasında iştirak və çıxış edib. Forum çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra görüşlər keçirib.
Şeyxülislam A. Paşazadə ilə görüşən Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri dr.İbrahim Salih əl-Nəimi Azərbaycanın dinlərarası və məzhəblərarası modelinin olduqca uğurlu olub, bütün dünya üçün dəyərli örnək olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin müsəlman dünyası üçün önəminə toxunub.
A.Paşazadə Azərbaycan-Qətər əlaqələrinin bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə inkişafından məmnunluğunu dilə gətirib. Bildirdi ki, dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
QMİ sədri Şeyxülislam A.Paşazadə BMT Baş Katibinin sabiq müavini, Soyqırımlarla Mübarizə üzrə Ali Komissar olmuş, hazırda Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşüb. Azərbaycanın multikultural modelinin dəyərli təcrübə olduğunu qeyd edən həmsöhbətlər Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənədin bünövrəsində məhz Azərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin durduğunu xüsusi vurğulayıblar. Əlavə etdilər ki, Azərbaycan bu modeli ilə qürur duymağı haqq edir.
Söhbət zamanı Azərbaycanda sünnilərlə şiələrin eyni məsciddə namaz qılması, azanların eyni vaxtda verilməsinin böyük nailiyyət və dəyər olaraq təqdir edən, Azərbaycanın uğurlarına sevindiyini bildirən cənab A. Dienq Azərbaycana Qarabağ Zəfərindən sonra təşrif buyurmaq şərəfinə malik olduğunu və bu reallıqları şəxsən müşahidə etdiyini bildirdi.
Şeyxülislam A. Paşazadə Vaşinqtonda Azərbaycan-Ermənistan arasında anlaşma münasibətilə MAŞ rəhbəri Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin təbrikinə görə dərin təşəkkürlərini yetirməyi cənab A. Diyenqdən rica edib. QMİ sədri A. Paşazadə Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin dəyərli fəaliyyətlərinin dünyada dinlərarası əməkdaşlıq, İslam ümməti daxilində anlaşma, İslamdaxili dialoq üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Şeyxülislam A. Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrə müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilov ilə səmimi şəraitdə keçən görüşdə qardaş, müttəfiq Azərbaycan və Özbəkistan arasında dini-mənəvi əlaqələrin dərinləşməsinin önəmi vurğulandı, qarşıdakı perspektivlər müzakirə olunub. Qardaş xalqlarımız arasında tarixi bağların, ortaq dəyərlərin həyatın bütün sahələrində əlaqələrin genişlənməsindən, müdrik dövlət rəhbərlərimizin əsl qardaşlıq mahiyyətli səmimi münasibətlərindən, dövlətlərimiz arasında münasibətlərin müttəfiqlik zirvəsinə yüksəlməsindən danışan həmsöhbətlər bunu böyük dəyər kimi qiymətləndirdilər. Özbəkistan rəsmiləri Şeyxülislam A. Paşazadə şəxsiyyətinin ölkələrində xalq arasında və dövlət başçısı səviyyəsində böyük ehtiramla qarşılandığını diqqətə çatdırdılar.
Şeyxülislam A. Paşazadə yeni müşavir R. Davletova qarşıdakı fəaliyyətində, Muzaffar Kamilova yeni vəzifəsində uğurlar dilədi. Görüşün sonunda Şeyxülislam A. Paşazadə Azərbaycan və Özbəkistan xalqları və dövlətləri üçün dualar edib.
ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı cənab Məhəmməd Elsanusi ilə görüşdə ABŞ vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində qazanılan uğur barədə danışılıb, ABŞ Prezidenti cənab Donald Trampın rolu vurğulanıb. Cənab Elsanusi Azərbaycanın dünyada dinlərarası dialoq və əməkdaşlıq müstəvisində fəal rolunu vurğulayaraq, Bakıda keçirilən Dini Liderlərin II Sammitində və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etdiyini qeyd edib. Azərbaycandakı dini konfessiyaların ABŞ-a səfəri və Dini Azadlıqlar Komissiyası ilə ünsiyyət perspektivi müzakirə edilib. Bu əsnada, Şeyxülislam A. Paşazadə dini azadlıqlara dair hesabatlar hazırlanarkən Azərbaycandakı reallıqlara əsaslanmanın vacibliyinə vurğulayıb.
 G20 Dinlərarası Forumda ölkəmizi təmsil edən Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov görüşlərdə iştirak ediblər.
G20 Dinlərarası Forumu öz işini davam etdirir.

AzPost.az

Post navigation

Previous: Britaniya Ukraynaya sülhməramlılar göndərməkdən imtina edib
Next: “Sabah” UEFA-nın Konfrans Liqasında mübarizəni dayandırıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.