Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

User 19 Sentyabr 2024 - 23:14 (Last updated: 21 May 2025 - 20:15)
seyx moskva01

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə Kiyev, Moskva və Bütün Rusiyanın mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordenini təqdim edib.

Patriarx Kirilin iqamətgahında Kiyev, Moskva və Bütün Rusiya mitropoliti Müqəddəs Aleksi Rus Pravoslav Kilsəsinin ordeninin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdimetmə mərasimi keçirilib.

QMİ sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar yüksək mükafata layiq görülüb.

Medalı təqdim edən Patriarx Kirill qeyd edib ki, dünyada münaqişələrin baş verdiyi bir vaxtda Azərbaycan və Rusiya xalqları arasında belə təhlükələr olmayıb. “Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edirəm, çünki siz postsovet məkanında görkəmli din xadimisiniz. Siz həmişə bizim kilsənin nümayəndələri ilə və şəxsən mənimlə açıq ürək və xoş hisslərlə dialoqa girmisiniz. Bu dialoqlar kontekstində yaradılmış gözəl atmosfer gündəmdə olan bütün məsələlər üzrə razılığa gəlməyə kömək edib. Dünyada müxtəlif konfliktlərin, o cümlədən dinlərarası münaqişələrin baş verdiyi bir vaxtda xalqlarımız arasında belə hadisələrin baş verməsi təhlükəsi yoxdur. Bu, əsasən dini liderlərin mövqeyi ilə təmin edilir. İnanıram ki, Qafqaz müsəlmanları ilə, ilk növbədə sizinlə və sizin şəxsinizdə Qafqazın bütün İslam ümməti ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunmasında mühüm amildir. Siz bizim münasibətlərimizin mahiyyətini dərk edən və sizin iştirakınız nəticəsində əldə olunmuş əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirən dini lidersiniz” deyə Patriarx Kirill vurğulayıb.

Şeyxülislam öz növbəsində Patriarx Kirillə yüksək mükafata görə təşəkkür edib və Patriarx Kirili Azərbaycan xalqının dostu adlandırıb. O, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.

A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından xoş sözləri və salamlarını çatdırıb. “Mən bugünkü mükafatı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirirəm. Arzu edirəm ki, ölkələrimiz – Azərbaycan və Rusiya arasındakı qardaşlıq və dostluq münasibətlərimiz, dövlətlərimizin rəhbərliyi arasında etibarlı münasibətlər bundan sonra da inkişaf etsin”, – deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinə Qarabağ xalçası bağışlayıb.

Təqdimat mərasimində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.

 

Post navigation

Previous: ABŞ-ın 25 ştatında COVID-19 virusunun yeni ştamı yayılıb
Next: Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında iştirak edib

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana mümkün yeni zərbələr endirməyə hazırlaşır. Vaşinqton bu barədə Fars körfəzindəki ərəb...
Read more about İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.