Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 7-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.
AzPost bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutur. QMİ sədri A. Paşazadə 7-8 may tarixlərində İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
Vəqfin 40-cı ildönümü ərəfəsində keçiriləcək, dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq olaraq iştirak və çıxış edəcəkdir.