““Şimal axını-2” kəmərinə sanksiya qoysaq Avropa ilə ABŞ arasında problem yaranacaq”-

Baydendən etiraf
26 May 2021 - 09:26
President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

“Rusiyaya məxsus “Şimal axını-2” qaz boru kəmərinin tikintisi demək olar ki, başa çatıb və layihəyə sanksiyaların tətbiq edilməsi ABŞ-ın Avropa ilə münasibətlərində əks nəticə verəcək”.

TASS  xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanan, ümumi gücü 55 milyard kubmetr olan 2 qaz boru kəmərinin inşasını nəzərdə tutur.

Kəmərin inşası 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” bölgəsində ABŞ-ın mümkün sanksiyaları səbəbindən dayandırılmışdı.

Qaz boru kəmərinin inşası 2020-ci ilin dekabrından etibarən – bir illik fasilədən sonra bərpa edilib. Hazırda kəmərin 95 faizi inşa edilib.