Şimal bölgəsinə qar yağıb-Temperatur mənfi 11 dərəcəyədək enib

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General MSK-nın qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcək

Sonrakı məqalə

“İrandan günahlarını tam etiraf etməsini tələb edirik” –