Şimali Makedoniya 5 rus diplomatını ölkədən çıxarır

makdenoya

Şimali Makedoniya Rusiyanın 5 diplomatının ölkədən çıxarılmasını tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə yerli xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Rusiyanın bu ölkədəki səfiri Sergey Bazdnikin Xarici İşlər Nazirliyinə çağırılıb.

Orada ona Rusiya səfirliyinin 5 əməkdaşının ölkədə qalmasının arzuolunmaz olduğu bildirilən nota təqdim edilib. Qərarın səbəbləri hələlik açıqlanmayıb.

Azpost.info