Sinif rəhbərləri ödənişsiz təlimlərə dəvət olunurlar

Fevral ayından ümumi təhsil müəssisələrinin sinif rəhbərləri üçün “Effektiv ünsiyyət” adlı ödənişsiz onlayn təlimlər təşkil olunacaq.

Təhsil İnstitutundan  bildirilib ki, 12 saat nəzərdə tutulan təlimlər zamanı müəllimlər səmərəli ünsiyyətin müxtəlif texnikaları ilə tanış olacaq və təcrübi məşğələlər əsasında onların tətbiqi yollarını öyrənəcəklər. Məşğələlərdə müxtəlif real situasiyalar təklif ediləcək və müzakirə yolu ilə ən effektiv ünsiyyət formaları təsvir olunacaq. Təlimi uğurla bitirən iştirakçılara sertifikatlar veriləcək.

Qeyd edək ki, təlimlərə qeydiyyat bu gün yekunlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Bakıda “26-lar” kafesinin sahibinin oğlu karantini pozduğu üçün axtarışa verilib

Sonrakı məqalə

Azərbaycanda son sutkada 3 361 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib