Şirvanda 82 yaşlı kişi özünü güllələyərək öldürüb. APA-nın məlumatına görə, Şirvan sakini, 1942-ci il təvəllüdlü Məmmədov Eldar Hacı oğlu yaşadığı mənzildə özünü güllələyərək öldürüb. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi qeyd edilir. Faktla bağlı araşdırma aparılır.