Şirvanda ictimai iştirakçılıqla bağlı tədbir keçiirlib –FOTO

“Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində 25 sentyabr tarixində Şirvan rayonunda növbəti tədbirini keçirdi.

Bu barədə təşkilatın sədri Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi.

Tədbirdə çıxış edən qonaqlar  və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri ictimai iştirakçılıq, şəfaflıq mövzusunda bölgələrimizdə bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Tədbirin açılışını Şirvan İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov açıb və açılış nitqi ilə çıxış edib. Daha sonra Rauf Zeyni çıxışında 44 günlük vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə tarixindən danışdı.O bildirdi ki, 44 günlük İkinci  Qarabağ savaşı “dəmir yumruq” əməliyyatı nəticəsində Prezident, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qüdrətilə böyük qələbə qazanıldı.Azərbaycan Prezidenti  nəinki torpaqlarımızı işğaldan azad etdi, regionda sülh stabillik, yeni bir mühit və vəziyyət yaratdı. Bu, danılmaz həqiqətdir. Rauf Zeyni bildirdi ki, Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər əhalinin sevinclə öz yurdlarına qayıtmasına şərait yaratdı. Bu da bizim üzərimizə düşən şərəfli bir missiyadır.

Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-2023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.

Əvvəlki məqalə

Salyanda ictimai iştirakçılıq haqqında tədbir keçirilib –

Sonrakı məqalə

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi icra olunur –