Şirvanda yeni doğulan körpə ölüb –Xəstəxana bunu polisdən niyə gizlədib?

Şirvanda yeni doğulan körpə ölüb. 

Hadisə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında qeydə alınıb. Kürdəmir rayon, Sığırlı kənd sakini Afət Mürşüdov polisə müraciət edərək yeni doğulmuş nəvəsinin xəstəxanada öldüyünü bildirib.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Kürdəmir rayon Sığırlı kənd sakini Ramilə İdrisova dekabrın 6-da həmin xəstəxanada uşaq dünyaya gətirib. Ayın 9-da isə uşaq xəstəxanada ölüb. Lakin xəstəxana bu barədə polisə məlumat verməyib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yanğına görə Bakı- Sumqayıt yolunda hərəkət tamam dayanıb –

Sonrakı məqalə

Tanınmış aktrisanın gənc qardaşı vəfat edib