Siyavuş Novruzov:“Prezident iş başındadır, səhhətində heç bir problem yoxdur”

“Prezident İlham Əliyevin səhhətində hər hansı problem yoxdur, hər gün iş başındadır”.

Azpost.info bildirir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Amerikanın Səsi”nə müsahibəsində bildirib: “Mən rəsmi şəkildə Yeni Azərbaycan Partiyasının adından və öz adımdan bəyan edirəm ki, İlham Əliyevin səhhətində heç bir problem yoxdur. O hər gün səhər idman edir və saat 9-dan iş başındadır. Bu düşmənlərin yaydığı yalandır,” – deyə o qeyd edib.

İcra katibinin müavini radiodan keçmiş prezident Heydər Əliyev haqqında dediklərini də dərc etməyi xahiş edib: “Ümumilli lider evdən çıxanda rəhmətlik Zərifə xanım deyib ki, işə gedirsiniz, bir-iki ailə məsələsi var. O saat 8-8.30-da evdən çıxırdı. O deyir ki, yox, mən tələsirəm, işə getməliyəm. Deyir ki, sən niyə tələsirsən, camaat tələssin, sən ölkənin rəhbərisən. Deyir ki, onlara mən baxıram, mənə bütün ölkə baxır. Bildin də, nə demək istəyirəm? Yəni İlham Əliyev hər gün saat 9-da diplomatik nümayəndələri qəbul edir. Ona nə olub ki? Onun səhhəti ilə nə müzakirə var? Həkimsiniz? Nəyi müzakirə edirsiniz?” Novruzov bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının Divanında dövlət başçısı İlham Əliyevin sağlıq durumu bağlı fikir mübadiləsi aparılıb. Bu barədə Müsavat Partiyası məlumat yayıb.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir