“Sizə can sağlığı, nikbinlik arzulayıram”

- Putin Koçaryana məktub yazdı
26 Dekabr 2019 - 16:13

Rusiya prezidenti Vladimir Putin sabiq Ermənistan lideri Robert Koçaryanı Yeni il münasibətilə təbrik edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Koçaryana möhkəm can sağlamlığı, mətinlik və nikbinlik arzulayıb.

“Rusiyada sizin dostluğumuzun inkişafına və dövlətlərimizin qarşılıqlı əməkdaşlığında böyük xidmətiniz var”- deyə məktubda deyilir.