“”Siz “azad edənlər” deyilsiniz, siz vəbasınız!” –Yuşşenko Putinə müraciət etdi

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Azpost.info xəbər verir ki, müraciətinin əvvəlində Yuşenko Putinin onu başa düşməyəcəyini bildiyini də deyib: “Amma ortada Allahdan qorxan 140 milyon insan var… Bu gün Ukrayna yanır və yanır. Uşaqlarımız, qadınlarımız, kişilərimiz və dünyanın ən layəqətli əsgərləri həlak olur. Düşmənimiz 7 gün əvvəl dinc millətimə və dövlətimə qarşı işğalçı müharibə başladan rus dünyasıdır”.

O, cinayətkar rejimi dəstəklədikləri üçün Ukraynanın qonşu dövlətin vətəndaşlarını heç vaxt bağışlamayacağını bəyan edib: “Lənətə gəlmisiniz! Siz “azad edənlər” deyilsiniz, siz vəbasınız, siz müqəddəs Ukrayna torpağına əzab verən cəlladlarsınız, mənim sevimli Ukrayna millətimə və dövlətimə ölüm gətirirsiniz”.

Yuşşenko bildirib ki, heç kim rusları öz evində görmək istəmir: “Cəhənnəmdə yanın! Bura sizin rejiminiz və bu rejimin tərəfdarı olmaq istəyənlər üçün ən yaxşı və ən layiqli yerdir. Yaşasın Ukrayna!”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil naziri Lənkəranın dağ kəndinə getdi –

Sonrakı məqalə

Makron Prezident İlham Əliyevə zəng vurub –