Slovakiya ilə oyunda Azərbaycan himnini oxuyan qadın kimdir? –"Həyat yoldaşıma təşəkkür edirəm" /VİDEO

Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya – Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikasının himnini canlı ifa ilə səsləndirib.

Azpost.info-nun məlumatına görə, himnimizi oxuyan qadın Keren Danqe Manafzadədir.

O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.

Keren özü bu barədə paylaşım edib: “Dünən Slovakiya – Azərbaycan arasında keçirilən UEFA Millətlər Liqasının oyununda Azərbaycan dövlət himnini tam futbol stadionunun qarşısında canlı səsləndirməkdən böyük şərəf duydum.  Dəvətə görə UEFA , Slovakiya millisinə və Azərbaycanın Slovakiyadakı səfirinə təşəkkür edirəm. Dəstəkləri üçün bütün ailəmə, xüsusilə də hər zaman mənə dəstək olan, yanımda olan, məni ifalarıma hazırlayan həyat yoldaşım Abuzar Manafzadəyə sonsuz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, A. Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur. İslam Manafov Türkiyədə yaşayır.

 

Əvvəlki məqalə

“Qarabağ Universitetində əvvəlki səhvlərə yol verilməyəcək”

Sonrakı məqalə

“İrəvan anti-Rusiya kampaniyası aparmır”