Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb

Slovakiya Ukraynaya elektrik enerjisinin tədarükünü dayandırıb.

APA xəbər verir ki, bu barədə “TA3” telekanalı ölkənin Baş naziri Robert Fitsoya istinadən məlumat yayıb.

Fitsonun sözlərinə görə, bu gündən etibarən Ukrayna tərəfi enerji sisteminin sabitləşdirilməsi üçün Slovakiyadan yardım istəsə belə, belə bir dəstək göstərilməyəcək.

Məlumata görə, Slovakiya Rusiyanın “Drujba” neft kəməri ilə ölkə ərazisindən tranzitinin dayandırılmasına cavab olaraq Ukraynaya elektrik enerjisi tədarükünü dayandırıb.

Qeyd olunur ki, Slovakiya fevral ayının əvvəlindən etibarən neft almır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.