Smartfondan şarj cihazına taxılmış vəziyyətdə istifadə etmək təhlükəlidir?

27 Dekabr 2020 - 11:24

Smartfon şarj olarkən isinir, danışan zaman onu onu cihazdan ayırmaq və ya səsi açmaqla telefondan istifadə etmək daha yaxşıdır.

Mk.ru xəbər verir ki, bunu “Telecom daily” informasiya-analitik agentliyinin direktoru Denis Kuskov bildirib: “Əlbətdə ki, telefonun əllərinizdə partlayacağı ehtimalı yoxdur, amma niyə sağlamlığınızı riskə atırsınız?”

Mütəxəssis danışıq zamanı kabeli və ya telefonu şəbəkədən ayırmağı məsləhət görüb.

O, cihazın şarjının 10-15 dəqiqə ərzində sürətli bir şəkildə bərpa edəcək şarj funksiyası olduğunu da xatırladıb.