Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib

66fd49809e80066fd49809e801172787545666fd49809e7fc66fd49809e7fe

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Snayperlər şərti düşmən hədəflərinin aşkar edilməsi və düzgün nişanalma qaydalarına əməl olunmaqla məhvi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.