“Sobçak tezliklə Rusiyaya qayıdacaq”- Jurnalistin anası

Lyudmila Narusova qızının – jurnalist Kseniya Sobçakın İsrail vətəndaşlığının olduğunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, Narusova ikili vətəndaşlığın Rusiya Konstitusiyasına zidd olmadığını deyib.

Onun sözlərinə görə, Sobçak tezliklə Rusiyaya qayıdacaq.

Oktyabrın 26-da Sobçak Rusiyanı tərk edərək Belarus vasitəsilə Litvaya gedib. Litva Dövlət Təhlükəsizliyi Departamenti bildirib ki, Sobçak İsrail pasportuna sahib olduğu üçün ölkəyə sərbəst daxil ola bilib.

Azpost.info

 

Əvvəlki məqalə

Sentyabr toqquşmaları ordu islahatlarının düzgün istiqamətini sübut etdi

Sonrakı məqalə

İlham Əliyev Türkiyənin yeni avtomobili olan “TOGG” sifariş etdi –