Lyudmila Narusova qızının – jurnalist Kseniya Sobçakın İsrail vətəndaşlığının olduğunu təsdiqləyib.
Azpost.info xəbər verir ki, Narusova ikili vətəndaşlığın Rusiya Konstitusiyasına zidd olmadığını deyib.
Onun sözlərinə görə, Sobçak tezliklə Rusiyaya qayıdacaq.
Oktyabrın 26-da Sobçak Rusiyanı tərk edərək Belarus vasitəsilə Litvaya gedib. Litva Dövlət Təhlükəsizliyi Departamenti bildirib ki, Sobçak İsrail pasportuna sahib olduğu üçün ölkəyə sərbəst daxil ola bilib.
Azpost.info