SOCAR “Fənərbaxça”ya sponsorluq edəcək?- AÇIQLAMA

SOCAR Türkiyənin “Fənərbaxça” klubuna sponsorluqla bağlı hansısa danışıq aparmayıb.

Bunu apasport.az saytına SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Qurum rəsmisi bildirib ki, Türkiyə mətbuatında SOCAR-ın İstanbul klubuna sponsor olacağı ilə bağlı yayılan məlumatlar əsassızdır: “Belə yazılar bir neçə dəfə dərc olunub. Lakin bunlar həqiqəti əks etdirmir. Bizim Türkiyə klubu ilə danışıqlarımız olmayıb. “Fənərbaxça”ya sponsorluq SOCAR-ın planlarına daxil deyil”.

Artıq “Fənərbaxça” klubu da məsələyə aydınlıq gətirib. Komandadan yayılan məlumatda xəbər təkzib olunub.

Qeyd edək ki, Türkiyə mətbuatı tərəflər arasında 15 illik müqavilənin imzalanacağı ilə bağlı xəbər yayıb. Bildirilir ki, bu müddətdə SOCAR kluba 450 milyon avro ödəyəcək və bunun qarışığında klub adına SOCAR sözü əlavə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə Nazirliyi bələdiyyələri ittiham etdi –

Sonrakı məqalə

Bakıda 2 marşrut xəttinə iritutumlu avtobuslar verildi