SOCAR-ın əməkdaşını axtaran dalğıclar Xəzərdən naməlum insan cəsədini tapıblar

Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb.

Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“Cəsəd bir müddət əvvəl tapılıb, sudan çıxarılıb, lakin onun kimliyi hələ bəlli deyil. Hazırda araşdırma aparılır”, – deyə İ. Əhmədov qeyd edib.

O həmçinin əlavə edib ki, bu, dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.

Xatırladaq ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdu –

Sonrakı məqalə

Putin və Ərdoğan Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib