SOÇİ GÖRÜŞÜNDƏ İMZALANMIŞ BƏYANAT-Sənəddə Qarabağ adı yoxdur /FOTO

Rusiya, Azərbaycan və Ermənistan liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi Bəyanatı qəbul olunub.

Azpost.info bildirir ki, Sənəddə Qarabağla bağlı bir söz belə qeyd olunmayıb.

Qeyd olunur ki, tərəflər regionda möhkəm və uzunmüddətli sülh üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını zəruri hesab edirlər.

Bəyanatda deyilir ki, tərəflər güc tətbiq etməmək barədə razlıq əldə edib və bütün problemli məsələləri ərazi bütövlüyü, süverenlik, BMT Nizamnaməsi və 1991-ci ildə imzalanmış Alma -Ata  Bəyannaməsi əsasında müzakirə etməyə razılaşıblar.

Əvvəlki məqalə

“Hər şeyi razılaşdıra bilmədik” –

Sonrakı məqalə

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü olub