Son 10 ildə Əfqanıstanda 100 mindən çox insan həlak olub və yaralanıb –BMT-dən kədərli rəqəmlər

Son 10 ildə Əfqanıstanda terror aktları və ya hərbi əməliyyatlar nəticəsində 100 mindən çox mülki şəxs ölüb və yaralanıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) rəhbəri Tadamiçi Yamamoto bildirib.

“Əfqanıstanda 2009-cu ildən bu günə qədər ölən və xəsarət alan mülki vətəndaşların sayı 100 mini ötüb”, – deyə BMT nümayəndəsi vurğulayıb.

O qeyd edib ki, bu, BMT-nin Əfqanıstandakı Yardım Missiyasının 2009-cu ildən mülki itkilərin sistematik olaraq qeydiyyata alınmasından sonra əldə olunan rəqəmdir. Yamamoto bütün tərəfləri ölkədəki zorakılığa dərhal son qoymağa və Əfqanıstanda sülh və sabitliyin əldə edilməsinin yollarını tapmağa çağırıb.

BMT baş katibinin nümayəndəsi onu da qeyd edib ki, ölkədə əsas müharibə tərəflərindən biri olan radikal “Taliban” qruplaşması rəsmi hökumətlə birbaşa danışıqlar aparmaqdan imtina edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə minimum aylıq əməkhaqqı müəyyənləşdi –

Sonrakı məqalə

Naxçıvanda həkimlərin maaşı 50 faiz artırıldı –