Son 24 saat ərzində İranda koronavirusdan 175 nəfər həyatını itirib

Son sutka ərzində İranda 6 min 421 nəfər koronavirusa yoluxub, 175 nəfər isə həyatını itirib.

Bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 152 min 72 nəfə, ölənlərin sayı isə 53 min 448-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 591 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 875 min 943 xəstə sağalaraq evə buraxılıb. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda etirazçılar Paşinyanın hərbi qəbiristanlığa girməsinə mane olublar

Sonrakı məqalə

TƏBİB ittihamlara cavab verdi: