Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. Oxu.Az-ın məlumatına görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavabında bildirib. Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib. Qurumdan bəyan edilib ki, bu reys ilk deyil. "Son beş ildə, 2020-ci ildən başlayaraq, İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib", - deyə qurumdan bildirilib. O da qeyd olunub ki, İrəvan-Bakı-İrəvan marşrutu üzrə təyyarələr iki trayektoriya üzrə uçurlar.