Son bir ildə ABŞ-ın Azərbaycana ixracı 54 faiz artıb

ABŞ-Azərbaycan münasibətlərini ən yüksək nöqtəyə çatdıran administrasiyanın bir hissəsi olmaq da şərəfdir. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müavini Ceffri Kessler ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi – Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İndi iki ölkə arasındakı münasibətlər əvvəlkindən daha güclüdür. Təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb. Bu yolda davam etmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm”,- deyə o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.