Son sutkada 1795 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 795 yeni yoluxma faktı qeydə alınıb, 1 967 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 590 113 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 556 716 nəfər müalicə olunaraq sağalıb, 7 884 nəfər vəfat edib, aktiv xəstə sayı 25513 nəfərdir.

Ölkədə son sutka ərzində 12 565, hazırkı dövrədək isə 5 551 849 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Dövlət katibi və Çavuşoğlu Qarabağı müzakirə edib

Sonrakı məqalə

Şeyxülislam həlak olmuş hərbçilərin ailələrinə başsağlığı verib