Son sutkada ölkədə 673 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, ötən müddət ərzində isə ümumilikdə 5 957 603 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə şəhid olub

Sonrakı məqalə

“Bütün göstərişlər Əli Həsənov tərəfindən verilib” –