Şotlandiyada “naməlum uçan obyekt” göründü –Britaniya Müdafiə Nazirliyi açıqlama yaydı

Böyük Britaniya Müdafiə Nazirliyi Şotlandiyanın şimalında “naməlum uçan obyektin” görünməsi barədə məlumat yayıb.

Yerli mətbuatın xəbərinə görə, mümkün təhlükə ilə əlaqədar “Tayfun” qırıcıları havaya qaldırılıb.

Həmçinin, qırıcılarla yanaşı, “Brize Norton” Hərbi Hava Qüvvələri bazasından “Voyager” tanker təyyarəsinin də səmaya qaldırıldığı qeyd olunub.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü “naməlum obyektin” Böyük Britaniyanın hava məkanına yaxınlaşdığını bildirib.

Əməliyyatın digər təfərrüatı açıqlanmayıb. (aif.ru)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusla bağlı son vəziyyət necədir? –

Sonrakı məqalə

ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi mümkündür –