SSRİ casusu olmuş məşhur ingilis kəşfiyyatçısı 99 yaşında ölüb –FOTO

SSRİ xarici kəşfiyyatının məşhur agenti Corc Bleyk 99 yaşında Moskvada vəfat edib.

Azpost.info bildirir ki,Britaniyanın Mİ6 xidmətinin sabiq zabiti uzun illər sovet kəşfiyyatının casusu olub.

İkinci dünya müharibəsindən sonra Bleyk Mİ6-da xidmətə başlayıb və Şərqi Avropada agentləri “ovlayıb”. Koreya müharibəsi zamanı Bleyk Şimali Koreyda əsirlikdə olub. Üç ildən sonra kommunist kimi əsirlikdən qayıdıb.

Azad edildikdən sonra Bleyk Berlində işləməyə başlayıb. Burada o faktik olaraq “üçlü agent” kimi çalışıb. Bleyk britaniya agentləri və digər məxfi məlumatları sovet kəşfiyyatına ötürüb.

1959-cu ildə ABŞ-a tərəf keçən polşalı kəşfiyyatçı Mixail Qolenevski Bleyki ələ verir. Bleyk 42 il həbs cəzası verilir. Beş ildən sonra Bleyk britaniya həbsxanadından qaçaraq SSRİ-ə gələ bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan “dünyanın ən nikbin ölkəsi” siyahısına daxil edilib –

Sonrakı məqalə

Hulusi Akar Liviyaya səfər edib